İtaliyanın "Parma" klubunun baş məşqçisi Roberto D’Aversa koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin özü məlumat verib. 
 
O yerli mətbuata açıqlamasında bildirib ki, martın 9-da SPAL-a 0:1 hesabı ilə uduzduqları oyundan sonra temperaturu olub. D’Aversa bunu qorxulu hesab etməməsi səbəbindən test vermədiyini vurğulayıb. Baş məşqçi xəstəliyin bir neçə gün öncə qan analizi verməsindən sonra təsdiqləndiyini əlavə edib.
 
D’Aversa A Seriyasında "Atalanta"dan Can Pyero Qasperini və "Fiorentina"dan Cüzeppe Yakinidən sonra koronavirus aşkarlanan üçüncü baş məşqçi olub.
 
Qeyd edək ki, mayda "Parma"nın iki futbolçusunun koronavirus testi müsbət çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest