Koronavirus pandemiyasına görə dayandırılan çempionlar Liqasında mövsümün qalan oyunları Portuqaliyada – Lissabonda keçiriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Xəbərdə, çempionlar Liqasında mövsümün qalan hissəsinin "dördlər finalı" formatında keçiriləcəyi və bütün oyunların Lissabonda təşkil olunacağı bildirilir.
 
Bundan əvvəl çempionlar Liqasının finalının İstanbulda keçirilməsi nəzərdə tutulurdu. çL-də mövsümün taleyiylə bağlı son qərar İcraiyyə Komitəsinin iyunun 17-də keçirəcəyi iclasda qəbul ediləcək.
 
çempionlar Liqasında mövsüm koronavirusa görə 1/8 finaldan dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest