Futbol üzrə Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.
 
Lider "Bavariya" bu turda "Bayer"in qonağı olub və inamlı qələbəyə sevinib. Dortmund "Borussiya"sı isə Berlin "Herta"sını qəbul edib və minimal hesabla üstün olub. "Leyptsiq" isə "Paderborn"u sınağa çəkib və xal itkisi ilə üzləşib.
 
Almaniya Bundesliqası
30-cu tur
5 iyun
 
Frayburq – Borussiya (Münhenqladbax) 1:0
Qol: Petersen, 58.
 
6 iyun
 
Bayer – Bavariya 2:4
Qol: Alario, 10. Virts, 89 – Koman, 27. Qoretska, 42. Qnabri, 45. Levandovski, 66.
 
Fortuna – Hoffenhaym 2:2
Qol: Henninqs, 5; 76-pen – Dabbur, 16. Zuber, 61.
 
Ayntraxt – Maynts 0:2
Qol: Niaxate, 43. Malonq, 77.
 
Leyptsiq – Paderborn 1:1
Qol: Şik, 27 – Strodyek, 90+2.
 
Borussiya (Dortmund) – Herta 1:0
Qol: E.Can, 58.
 
7 iyun
 
15:30 Verder – Volfsburq
17:30 Yunion – Şalke
20:00 Auqsburq – Köln

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest