“Qalatasaray”ın yarımmüdafiəçisi Yunes Belhanda mövsüm sonu komandanı tərk edə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Əh Hilal” klubunun hədəfindədir.

Bildirilir ki, Səudiyyə Ərəbistan təmsilçisi Belhanda üçün İstanbul klubunun tələb etdiyi məbləği ödəməyə hazırdır. Bununla yanaşı, rəhbərlik mərakeşli yarımmüdafiəçiyə illik 3,35 milyon avro verəcəyini bildirib. Tərəflərin anlaşmaya yaxın olduğu vurğulanıb.

Qeyd edək ki, Belhanda 2017-ci ildən “Qalatasaray”da çıxış edir. Oyunçu bu müddət ərzində komandada 67 oyun keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest