PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya üç il əvvəl “Barselona”ya keçməyə yaxın olduğunu bildirib. Matc.az xəbər verir ki,  “L’Equipe” danışan argentinalı həmin vaxt komandanın Osman Dembeleni transfer etdiyini açıqlayıb:

"Parisdə çox xoşbəxt idim. Üç il öncə “Barselona”dan mənə təklif gəldi. Klublar bu məsələni müzakirə etsələr də, rəhbərlik məni satmaq istəmədi. Əvvəlcə buna əsəbləşdim. Sonra "yaxşı ki, getməmişəm" dedim. Avropadakı karyeramı PSJ-də bitirmək istəyirəm. Burada özüm də, ailəm də xoşbəxt yaşayır. Müqaviləmin uzadılmasına gəlincə, bu barədə indidən nəsə demək çətindir. Hələ heç danışıqlara başlamamışıq. Diqqətimi meydana yönəltmək istəyirəm, qalanları daha sonra düzələcək”.

Qeyd edək ki, Di Mariyanın PSJ ilə müqaviləsi 2021-ci ildə başa çatır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest