"Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, “Yuventus” oyunçunun xidmətində maraqlıdır.

Turin təmsilçisinin baş məşqçisi Mauritsio Sarri ötən mövsüm "Çelsi"də çalışdığı ispaniyalı forvardın heyətə cəlb edilməsini istəyir. 32 yaşlı futbolçunun Qətər klublarından da təkliflərinin olduğu bildirilir.

Pedronun London təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. O, cari mövsüm “zadəganlar"ın heyətində 18 matçda çıxış edib və iki qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest