Kristiano Ronaldo milyarder adını qazanan ilk futbolçu oldu. Matc.az xəbər verir ki,  “Forbes” dərgisinin araşdırmasına əsasən portuqaliyalı oyunçu daha bir rekorda imza atıb.

Məlumata görə, ötən il 105 milyon avro gəliri olan Ronaldonun karyerası ərzindəki qazancı milyardı keçib. “Yuventus”da illik 30 milyon avro maaş alan 35 yaşlı yarımmüdafiəçi qazancının böyük bir qismini futboldan əldə edib.

Onun bu günə qədər imzaladığı müqavilərlə əldə etdiyi məbləğin 650 milyon avro olduğu açıqlanıb. 2022-ci ildə “Yuventus”da sözləşməsi bitəndə oyunçunun futboldan qazancının 765 milyon olacağı bildirilir.

Ronaldonun digər gəlirlərinin reklam və biznes sahəsindən olduğu vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest