“Ersgebirge” futbol oynamağa bacaran komandadır. Onların yaxşı heyəti və Dmitri Nazarov kimi silahları var”

Matc.az xəbər verir ki, bu sözləri “Karslruhe” klubunun idman direktoru Oliver Kreutzer II Bundesliqanın 30-cu turu çərçivəsində Aue təmsilçisinə qarşı səfərdə keçiriləcək oyun öncəsi deyib. 1991-97-ci illərdə "Bavariya"da çıxış edən sabiq futbolçu görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “Çalışırıq ki, heyətdəki təcrübəli və gənc oyunçulardan səmərəli istifadə edək. Rəqibə təzyiq göstərəcək və sona qədər mübarizə aparacaq bir komanda yaratmaq istəyirik”.

Qeyd edək ki, görüş iyunun 7-də baş tutacaq. Geridə qalan 29 turdan sonra Nazarovlu “Ersgebirge” 38 xalla 9-cu, “Karslruhe” isə 30 xalla 16-cı yerdə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest