"Real" "Bayer"in yarımmüdafiəçisi Kay Xavertsi heyətinə qatmaq niyyətindədir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "kral klubu" Bundesliqa təmsilçisi ilə razılaşa bilmir

Madridlilər 20 yaşlı oyunçu üçün qarşı tərəfə 80 milyon avro təklif edib. Ancaq "Bayer" rəhbərliyi "Real"dan 100 milyon tələb edir. Bu səbəbdən də tərəflər razılığa gələ bilmirlər.

Daha əvvəl gənc futbolçunun Almaniyadan ayrılmaq istəmədəyi bildirilirdi. Ancaq hazırda Xavertsin Madrid təmsilçisində oynmağa müsbət yanaşdığı qeyd edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest