İtaliyanın daha birklubu "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinlə çalışmaq istəyir.

Matc.az xarici mətbuata istinadən xəbər verir ki, C seriyası təmsilçisi "İmolese" 55 yaşlı mütəxəssisi komandanın başında görmək niyyətindədir. Bordin ötən gün klubla yollarını ayıran Canluka Atsorini əvəzləyə bilər.

Qeyd edək ki, daha əvvəl C seriyasındakı "Sambenedetteze" klubunun da Roberto Bordini baş məşqçi vəzifəsinə təyin edə biləcəyi yazılıb. İtaliyalı baş məşqçi 2018-ci ildən bu ilin əvvəlinə qədər "Neftçi"də işləyib. O, 2018/2019 mövsümündə Azərbaycan çempionatında gümüş medal qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest