İngiltərə çempionşipində mübarizə aparan klubların kollektivindən növbəti dəfə koronavirus testi götürülüb.
 
Matc.az xəbər verir ki, analizlər nəticəsində 9 nəfərin koronavirusa yoluxduğu müəyyənləşib.
 
İngiltərə Futbol Liqasından (EFL) verilən rəsmi açıqlamaya görə, mayın 30-da və iyunun 2-də çempionşipdə çıxış edən 24 klubda bütövlükdə 1094 nəfər testdən keçirilib. Onların arasında 6 ayrı klubdan 9 nəfərdə koronavirus aşkarlanıb. Lakin adlar açıqlanmayıb.
 
Test nəticəsi müsbət çıxan şəxslər karantinə alınıblar və xüsusi nəzarətə götürülüblər.
 
Daha əvvəl çempionşipdə 15 nəfərdə koronavirus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest