Milli Olimpiya Komitəsi (MOK) 22 iyul – Milli Mətbuat Günü münasibətilə "Olimpiya Oyunları – Uğur Hekayələri" mövzusunda yazı müsabiqəsi elan edib. 

MOK-un mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə Olimpiya Oyunlarına qatılan idmançıların həyat yolundan və uğur hekayələrindən bəhs edən araşdırma yazılar təqdim olunmalıdır. 

Qaydalara əsasən, hər jurnalist müsabiqəyə bir yazı təqdim etməlidir və MOK tərəfindən elan edilmiş istiqamətə uyğun olmalıdır. Müəlliflər elan edilmiş istiqamətə uyğun olaraq yazıların mövzu və sərlövhələrini sərbəst şəkildə müəyyənləşdirə bilərlər. Dərc olunmuş yazıda "Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

 

Yazıların qəbulu 10 iyun 2020-ci il tarixdə başlayacaq və 10 iyul 2020-ci il tarixdə (saat 18:00) yekunlaşacaq.
Qaliblərin adları iyulun 20-də açıqlanacaq. Bütün yazıların müəllifləri isə iyunun 10-dan iyulun 10-dək yazılarını çalışdıqları saytlarda və ya qəzetlərdə dərc etməlidirlər.

İlk üç yerin sahibi müvafiq olaraq, 500, 300 və 200 manat mükafat alacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest