"Real"ın hücumçusu Qaret Beyl komandadan ayrılmayacaq. Matc.az xəbər verir ki, bu barədə oyunçunun agenti Conatan Barnett açıqlama verib.

O bildirib ki, Beyl Madrid klubunda xoşbəxtdir və İspaniyadan getmək fikiri yoxdur. Barnett onun Premyer Liqaya qaytmasının böyük hadisə olacağını vurğulasa da, bunun hazırda mümkün olmadığını sözlərinə əlavə edib.  

30 yaşlı futbolçu cari mövsüm “Real”da 18 oyun keçirib və 3 qol vurub. Daha əvvəl Beyllə "Nyukasl"ın maraqlandığı bildirilirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest