Kosta reklam gəlirlərindən 1,1 milyon avro vergi ödəməli olsa da, futbolçu bundan yayınıb. Bu səbəbdən oyunçu cəzalandırılıb. Ancaq ispaniyalının istəyi üzərinə təcrübəli hücumçunun cəza müddəti uzadılıb və pula çevrilib

"Atletiko"nun hücumçusu Dieqo Kosta 2014-cü ildə reklam gəlirlərindən vergi ödəmədəyi üçün hakim qarşısına çıxıb. Matc.az xəbər verir ki, məhkəmədə ispaniyalı futbolçuya 6 aylıq həbs cəzası verilib.

Kosta reklam gəlirlərindən 1,1 milyon avro vergi ödəməli olsa da, futbolçu bundan yayınıb. Bu səbəbdən oyunçu cəzalandırılıb. Ancaq özünün istəyi üzərinə təcrübəli hücumçunun cəza müddəti uzadılıb və pula çevrilib.

Belə ki, Kosta 6 ay yox, bir il müddətində günü 100 avrodan toplam 36 min ödəyərək həbs olunmaqdan qurtulacaq.

Qeyd edək ki, İspaniyada daha öncə Kristiano Ronaldo, Lionel Messi, Radamel Falkao və Neymar kimi oyunçular da həmin aqibəti yaşayıblar.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest