Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək. Matc.az Avropa Gimnastikasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki yarış bu ilin dekabrında baş tutacaq.

Məlumata görə, kişilər 9-13, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr təxirinə təyin edilib.

Qeyd edək ki, idman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu Parisdə keçirilməli idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest