Argentinanın "Ximnasiya" klubu baş məşqçisi Dieqo Maradona ilə müqavilə müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
 
Argentina futbolunun canlı əfsanəsi ilə yeni 1 illik müqavilə imzalanıb.
 
Bu mövsüm Maradonanın rəhbərliyi altında 18 oyuna cəmi 6 qələbə qazanan "Ximnasiya" 24 komandanın mübarizə apardığı çempionatda 19-cu pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Argentina Super Liqasında koronavirusla əlaqədar aşağı liqaya düşmək ləğv olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest