Konqo əsilli fransalı hücumçu bu hadisənin rasizm olduğunu söyləyib. 28 yaşlı forvard Azərbaycan Premyer Liqasında qol vuracağı təqdirdə, onu Corc Floyda həsr edəcəyini də etiraf edib.

"Corc Floydla bağlı xəbəri eşidəndə çox kədərləndim".
 
Bu fikirləri  "Sabah" komandasının futbolçusu Kevin Kubemba deyib. 
 
Konqo əsilli fransalı hücumçu bu hadisənin rasizm olduğunu söyləyib. 28 yaşlı forvard Azərbaycan Premyer Liqasında qol vuracağı təqdirdə, onu Corc Floyda həsr edəcəyini də etiraf edib. Kubemba həm Floydun ailəsinə, həm də bu şəraitdə ailə üzvünü itirən bütün insanlara səbr diləyib. 
 
Qeyd edək ki, Kevin Kubemba 2019-cu ilin yayında "Sabah"la 2 illik müqavilə imzalayıb. 
 
Mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əsginaslarla ödəniş etmə şübhəsi ilə saxlanıldığı anın videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və dizi ilə boynunu sıxıb.
 
Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. O, hadisədən qısa müddət sonra xəstəxanada ölüb. Hadisəni törədən polis zabiti həbs edilib, eyni zamanda hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı işdən çıxarılıb.
 
Bütün bunlara baxmayaraq, artıq bir neçə gündür ABŞ-ın ayrı-ayrı şəhərlərində Corc Floydun ölümü ilə bağlı etiraz aksiyaları keçirilir. Aksiyalar bir sıra hallarda iğtişaşlar və qarışıqlıqlarla müşahidə edilir. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest