"Barselona"nın hücumçusu Osman Dembele karyerasını İtaliyada davam etdirə bilər. Matc.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, oyunçu “Yuventus”a keçməyə razılıq verib.

Bildirilir ki, A Seriyası təmsilçisi Kataloniya klubu ilə danışıqları davam etdirir. Dembele bu transferə müsbət yanaşsa da, “Barselona” onu buraxmaq niyyətində deyil. Bu səbəbdən də komanda “Yuventus”dan oyunçunun keçidi üçün böyük məbləğdə pul tələb edir.

23 yaşlı futbolçu 2019/20 mövsümündə Kataloniya təmsilçisində 9 matç keçirib və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest