"Neftçi" klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Kamran İbrahimovla anlaşma daha 2 il artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək "ağ-qaralar"ın formasını geyinəcək.
 
Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və ömər Buludov da yeni anlaşmaya imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest