"Barselona"nın qapıçısı Andre Ter Ştegen gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, almaniyalı qolkiper Kataloniya təmsilçisində qalacağını bildirib:

"Bu yay "Barselona"nı tərk etməyəcəyəm. Artıq agentimlə klub arasında yeni müqavilə ilə bağlı ilk görüşlər olub. Daha əvvəl koronavirusla bağlı problemlər var idi və danışıqları dayandırılmalı olduq. İnsanların canları uğrunda mübarizə etdiyi bir zamanda, yeni müqavilənin detallarını müzakirə etməməyə qərar verdik. Ancaq burada özümü yaxşı hiss edirəm, çünki ailəm burada rahatdır".

Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Onun komandası ilə 2022-ci ilə qədər müqaviləsi var. Almaniya mətbuatı daha öncə 28 yaşlı qapıçı ilə "Bavariya"nın maraqladığını iddia edirdi.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest