Türkiyənin “Beşiktaş” klubu özünə yeni titul sponsoru tapıb.
 
Matc.az xəbər verir ki, “qara qartallar”ın yeni əməkdaşı “Beko” şirkətidir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
“Beşiktaş”la “Beko” arasında iki illik müqavilə imzalanıb. “Beko” 2020/21 və 2021/22 mövsümündə “Beşiktaş”ın sponsoru olacaq. Super Liqa təmsilçisi bu razılaşmadan iki ildə 42 milyon türk lirəsi qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest