MLS-də mübarizə aparan klubların futbolçuları koronavirus pandemiyasına görə maaşlarının azaldılmasına razılıq veriblər.
 
Matc.az xəbər verir ki, bu barədə ABŞ Futbol Liqası Oyunçular Birliyi məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, elitada çıxış edən futbolçular 2020 mövsümündə maaş və mükafatlarında endirimə razılaşıblar. 
 
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 100 mindən çox insanın həyatını itirdiyi ABŞ-da MLS martın 12-dən etibarən dayandırılıb. Turnirin rəsmi saytının yaydığı məlumata görə, futbolçular kiçik qruplar halında məşqlərə başlaya bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest