Lionel Messi yayda azad agent statusu ilə "Barselona"nı tərk edə bilməyəcək. Matc.az "ESPN"ə istinadla xəbər verir ki, futbolçunun müqaviləsindəki Kataloniya klubu üçün təhlükə yarada biləcək maddə keçən həftə başa çatıb.
 
Belə ki, argentinalı oyunçunun sözləşməsində 2020-ci ilin yayında istədəyi kluba pulsuz keçə biləcəyi qeyd edilmişdi. Ancaq bu müddət ötən həftə başa çatıb. Artıq o, 2021-ci ilə qədər tam olaraq "Barselona"ya məxsusdur. Əgər bu müddət ərzində hər hansı bir klub 32 yaşlı futbolçunu heyətinə cəlb etmək istəsə, transfer bədəli ödəməli olacaq.
 
İngiltərə mətbuatı daha öncə sözləşmədəki həmin maddəyə əsasən, Messinin "Mançester Siti"yə keçə biləcəyini iddia etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest