Mövsümün sonunda "Neftçi" ilə müqaviləsi başa çatacaq Baqali Dabo karyerasını Kiprin "Apollon" klubunda davam etdirə bilər.
 
Bu barədə Limasol təmsilçisinin Mətbuat katibi Fanuryos Konstantinu məlumat verib.
 
Klub rəsmisi fransalı futbolçu ilə maraqlandıqlarını təsdiqləyib: "Dabo həqiqətən də bizim maraq dairəmizdə olan oyunçudur. Amma hələlik onunla razılıq əldə olunmayıb. Danışıqlar davam edir".
 
Kipr mətbuatı isə yazıb ki, 32 yaşlı hücumçu "Apollon"la 1+1 illik müqavilə şərtlərini artıq razılaşdırıb.
 
Qeyd edək ki, Baqali Dabo 2018-ci ilin yayından "Neftçi"də çıxış edir. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest