"İlk olaraq iki həftəlik hazırlıq prosesinin olacağı ilə bağlı xəbərlər eşitmişdim. Şayiələr gəzirdi ki, çempionat iyunun 14-də başlayacaq"

"Azərbaycan Premyer Liqasının bərpa qərarını yaxşı qarşıladım". 
 
Bu fikirləri "Zirə"nin futbolçusu Cavid Hüseynov deyib. 31 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının qaldığı yerdən davam etdirilməsinədək olan 3 həftəlik müddəti hazırlıq üçün yetərli sayıb: "İlk olaraq iki həftəlik hazırlıq prosesinin olacağı ilə bağlı xəbərlər eşitmişdim. Şayiələr gəzirdi ki, çempionat iyunun 14-də başlayacaq. Əlbəttə, iki həftə çox azdır. çünki iki aydan çoxdur ki, evdə yatırıq. 21 günlük hazırlıq prosesi isə normaldır. çempionatın bərpasını və normal həyata qayıtmağımızı istəyirik". 
 
Kapitan klubda müqavilələri başa çatan oyunçuların yayda oynama ehtimalından da danışıb: "İki ay istirahət etmişik, futbolçular fədakarlıq etməlidirlər. Mənim müqaviləm gələn mövsüm başa çatacaq. Kimin sözləşməsi yekunlaşıbsa, iki ay evdə oturduğu dönəmdə klub maaşını ödəyib. Virusla bağlı qlobal problem bütün dünyada var. Gecikmələr və müəyyən sıxıntılara baxmayaraq, hamı maaşını alıb. Müqavilələri başa çatsa da, yayda oynamaları problem olmamalıdır. Kim başqa cür düşünürsə, şəxsi fikridir".
 
Qeyd edək ki, Cavid Hüseynov mövsümün əvvəlində "Qəbələ"dən "Zirə"yə keçib. AFFA Azərbaycan Premyer Liqasının bərpa tarixini ötən gün açıqlayıb. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest