Miloş Radivoyeviç "Zirə"nin heyətində qol hesabını açıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, bu hadisə Topaz Premyer Liqasının VII turuna təsadüf edib.

 

Serbiyalı futbolçu paytaxt klubuna ilk qələbəni qazandıran topun müəllifi olub – 1:0. 28 yaşlı müdafiəçi "Zirə"nin tarixinə qol sevinci yaşayan 49-cu futbolçu kimi düşüb. O, komandanın heyətində rəqib qapısına yol tapan 18-ci legioner, 3-cü serbiyalıdı. Miloşa qədər həmyerliləri Milan Duriç 9, Yovan Krneta 6 dəfə fərqlənib.

 

Yalnız Premyer Liqa matçlarını nəzərə alsaq, Radivoyeviç "Zirə"də fərqlənən 29-cu futbolçudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest