Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri yekunlaşıb. Azərbaycan Boks Federasiyasından matç.az-a verilən məlumata görə, 28 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 4-cü günündə 18 döyüş baş tutub.

5 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmamızın aparıcı boksçularından Cavid çələbiyev (60 kq), Elvin İsayev (64 kq), Kamran Şahsuvalı (75 kq) və Rauf Rəhimov (81 kq) da final üçün döyüşmək hüququ qazanıblar.

Qeyd edək ki, çempionatda sabah yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.

 

Azərbaycan çempionatı
IV günün nəticələri
52 kq
 
Qoşqar Səfərli (DİN İC) – Ramazan Babayev (Qəbələ) – 5:0
Nurlan Kərimli ("Sədərək") – Araz İmaməliyev (Sumqayıt) – birinci diskvalifikasiya olunub

60 kq 
Cavid çələbiyev ("Qəbələ" İK) – Ramiz Məmmədov (BFL) – ikinci diskvalifikasiya olunub
Nəbi İsgəndərov (DİN İC) – Sərxan Qurbanzadə ("Qızıl əlcək" İK) – 5:0
Ruslan Rüstəmov (BFL) – Orxan Həsənov ("Sədərək" İK) – 4:1
Sərxan Əliyev ("Sədərək" İK) – Vüsal Verdiyev ("Qəbələ" İK) – 5:0

64 kq 
Elvin İsayev ("Gömrükçü" İK) – İbrahim Cəfərzadə ("Naxçıvan) – 5:0
Hacımurad Qomarov (Balakən) – Pərvin Heydərov ("Qızıl əlcək" İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Bəxtiyar Qazıbəyov (BFL) – Seymur İsayev ("Gömrükçü" İK) – 3:2
Rəsul Əsgərov ("Qızıl əlcək" İK) – Elnur Əliyev (DİN İC) – 0:5

75 kq 
Kamran Şahsuvarlı ("Qəbələ" İK) – Rasim Rzayev ("Sərhədçi" OİM) – 5:0
Rasim çobanlı (BFL) – Laçın Balakişiyev ("Gömrükçü" İK) – 5:0
İsmayl Hüseynov ("Qəbələ" İK) – Ramal Aslanov ("Sədərək" İK) – 0:5
Məhəmməd Hacıyev (BFL) – Fərid Qəribov ("Qızıl əlcək" İK) – ikinci döyüşə gəlməyib

81 kq 
Rauf Rəhimov ("Neftçi" İK) – Tural Həsənov (Z-1) – 5:0
Rüfət Abdullayev (Sumqayıt) – Eldar Quliyev ("Sədərək" İK) – birinci diskvalifikasiya olunub
Cəbrayıl Yelekov ("Orion" İK) – Aleksandr Brendin (BFL) – 5:0
Vaqif Bəşirov (Şirvan) – Pedro Alfonso ("Qəbələ" İK) – birinci döyüşə gəlməyib

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest