İspaniyanın “Atletik” klubu baş məşqçi Qaiska Qaritanonun müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Qaritano ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
2018-ci ildən “Atletik”də çalışan Qaritanonun müqaviləsi mövsümün sonuna qədər idi.
 
Koronavirusa görə dayandırılan La Liqada “Atletik” 10-cu sıradadı. La Liqa iyunun 11-də bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest