Futbol üzrə çexiya 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Xrudim"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu görüşün iştirakçısı olmayıb.
 
"Viktoriya" hazırda 32 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest