"River Pleyt"lə "Boka Xuniors" arasındakı Libertadores Kubokunun final qarşılaşmasının ikinci  oyununun keçiriləcəyi məkan böyük ölçüdə dəqiqləşib. Matç.az saytının İspaniyanın AS nəşrinə istinadən məlumatına görə, görüş Madriddə keçirilə bilər.

Dekabrın 8-də və ya 9-da oynanılması planlanan matç "Santyaqo Bernabeu" arenasında baş tutacaq.

Klubların öz aralarında razılığa gələ bilməməsi ucbatından işə qarışan FİFA və Argentina Futbol Federasiyası bir neçə variantı nəzərdən keçirsə də, heç biri ilə anlaşma əldə etmək mümkün olmayıb.

İki klub da Asunsion, Doha və Mayami variantından imtina etdikdən sonra nəhayət Madrid variantında anlaşıblar.

Qeyd edək ki, 24 noyabr tarixində keçirilməli olan Superclasico azarkeşlərin dava-dalaş yaratması səbəbindən təxirə salınmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest