Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək. 
 
Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək. 
 
Toplantıda Premyer Liqa klublarının məşqlərinin və oyunlarının mümkün bərpası müzakirə olunacaq.
 
Qeyd edək ki, iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest