çempionlar Liqasının qrup mərhələsinin son turunda keçiriləcək "Şaxtyor" – "Lion" görüşünün yeri dəyişdiriləcək. Matç.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib.

Bildirilir ki, UEFA F qrupundakı son qarşılaşmanın Xarkovda oynanılmasının əleyhinədi. Buna səbəb Ukraynanın bəzi regionlarında hərbi vəziyyətin tətbiqidi ki, Xarkov da həmin bölgədə qərarlaşıb. Fransızların iddiasına görə, qitə futbol qurumu oyunun yerini dəyişəcək və "Şaxtyor" "Lion"u Lvovda qəbul edəcək.

Qeyd edək ki, "Şaxtyor" – "Lion" oyunu dekabrın 13-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest