Futbol üzrə İsveç çempionatında iyunun 14-də yeni mövsüm başlayır.

Matc.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytından məlumat verilib.

2020 mövsümü aprelin 4-də başlamalı olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Federasiyanın artıq yeni futbol ilinin təqvimini hazırladığı bildirilir. Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Avropada koronavirus səbəbindən yarımçıq dayandırılan Almaniya və Macarıstan çempionatları da bərpa olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest