Alper İstanbul təmsilçisində qalmaq üçün maaşının endirilməsini razı olsa da, rəhbərlik oyunçunu satmaq niyyətindədir. Cari mövsüm məşqçilər heyətinin rəğbətini qazana bilməyən futbolçuya ikinci şans verilməyəcək.

“Fənərbaxça” yarımmüdafiəçi Alper Potukla yolları ayıracaq. Matc.az “Hürriyet”e istinadən xəbər verir ki, təcrübəli futbolçu transfer dönəmində klubdan göndəriləcək.

Alper İstanbul təmsilçisində qalmaq üçün maaşının endirilməsini razı olsa da, rəhbərlik oyunçunu satmaq niyyətindədir. Cari mövsüm məşqçilər heyətinin rəğbətini qazana bilməyən futbolçuya ikinci şans verilməyəcək.

28 yaşlı yarımmüdafiəçiyə Super Liqa təmsilçilərindən təkliflər var. Ancaq Potukun hansı klubda forma geyinəcəyi bəlli deyil.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvü yanvarda “Qarabağ”ın da maraq dairəsində idi. Ancaq oyunçu Azərbaycana gəlməyə müsbət yanaşmadığı üçün transfer reallaşmadı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest