Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" – "Sportinq" oyunu Portuqaliya mətbuatında geniş müzakirə mövzusuna çevrilib. Matç.az saytı xəbər verir ki, yerli KİV bugünkü görüşdə Lissabon klubunun hücumçusu Bas Dosta güvənir.

Həmkarlarımız Hollandiya millisinin sabiq forvardını "Qarabağ" üçün ən böyük təhlükə sayır. Hətta Azərbaycan çempionunun rəqib hücumçunu zərərsizləşdirməyin yollarını axtardığı da yazılıb: "Düzdü, "Qarabağ" növbəti mərhələ şansını qorumaq üçün mütləq qələbə qazanmalıdı. Ancaq onlar Dostun qarşısını almaq üçün də planlar qururlar. Dost Azərbaycan klubu üçün ən böyük təhlükə kimi qəbul edilir. Kriştianu Ronaldo və Lionel Messini dayandıran Hannes Halldorsson indi də Dosta mane olmalıdı".

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyun 21:55-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest