Ukrayna Premyer Liqasında XI tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" bu tur "çernomorets"i qəbul edib.

 

Odessa təmsilçisi hesabı açmasına baxmayaraq, "Aleksandriya" sonda 3:2 hesablı qələbəyə sevinib. Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub. Yığmamızın üzvü 41-ci dəqiqədə passivinə sarı vərəqə yazdırıb.

 

Qeyd edək ki, xallarının sayını 22-yə çatdıran "Aleksandriya" turnir cədvəlində 3-cü pillədəki mövqeyini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest