"Lion"un yarımmüdafiəçisi Ussem Auar mövsüm sonu komandasını dəyişə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçu ilə “Liverpul” klubu maraqlanır.

Məlumata görə, “Real”ın da maraq dairəsində olan oyunçu karyerası ilə bağlı özü qərar verəcək. Fransa klubu Auarı 50 milyon avroya satmağa hazırdır. Rəhbərlik yaranan maliyyə böhranı səbəbindən 21 yaşlı yarımmüdafiəçiylə yanaşı, daha iki futbolçusu ilə yollarını ayrımağa hazırlaşır.

Fransalı oyunçu cari mövsüm Liqa 1-də 25 oyun keçirib və 3 qol vurub.             

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest