Fransada koronavirus pandemiyasına görə vaxtından əvvəl yekun vurulan Liqa 2 ilə bağlı qərarda dəyişiklik edilib.
 
Matc.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 2-ni heç bir komandanın tərk etməyəcəyini açıqlamışdı.
 
Belə ki, sözügedən çempionatda 2020/21 mövsümünün aşağı liqadan gələcək iki klub da daxil olmaqla, 22 komanda ilə keçiriləcəyi bildirilirdi. Lakin Fransa Futbol Federasiyası bu qərarı ləğv edib. Son qərara əsasən, növbəti mövsüm də 20 komandanın iştirakı ilə baş tutacaq. Bu isə son pillələrdə qərarlaşan komandaların aşağı liqaya düşəcəyi anlamına gəlir.
 
Xatırladaq ki, Liqa 1-də də mövsüm erkən yekunlaşdırılıb və lider PSJ çempion elan olunub. Son iki yeri tutan "Amyen" və "Tuluza" isə elitanı tərk edib və Liqa 2-yə düşüb. Əvəzində Liqa 2-də ilk iki pilləni tutan "Loryan" və "Lans" Liqa 1-ə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest