UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunlarının vaxtı məlum olub. Matc.az "Sky Sport"a istinadən xəbər verir ki, qarşılaşmalar 13-14 avqust tarixlərində keçiriləcək.
 
Matçlar azarkeşsiz oynanılacaq və neytral stadionlarda olacaq. Yarımfinal və final görüşlərinin isə əvvəlcədən məlum olduğu kimi, İstanbulda təşkil olunacağı gözlənilir.
 
Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest