Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Münhen klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara Bundesliqanın 28-ci turu çərçivəsində Dortmund "Borussiya"sına qarşı keçirəcəkləri oyunda komandasına kömək edə bilməyəcək.
 
Bu barədə komandanın baş məşqçisi Hansi Flik məlumat verib: "Tyaqo zədəsini tam bərpa etməyib. Bu üzdən son məşqləri buraxıb. Təəssüf ki, "Borussiya" ilə oyunda iştirak etməyəcək".
 
Qeyd edək ki, sabah keçiriləcək "Borussiya" - "Bavariya" matçına Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest