"Real"ın yarımmüdafiəçisi Toni Kroos gələcəyi barədə qərarını verib. Matc.az xəbər verir ki, almaniyalı futbolçu "kral klubu"nda qalmağı planlaşdırır.

Məlumata görə, təcrübəli oyunçuya çin və ABŞ klublarından təklif olsa da, Kroos İspaniyada qalacaq. Onun "Real"la 2023-cü ilə qədər müqaviləsi var.

Kroos 2014-cü ildən bəri "Real" da oynayır. O, indiyə qədər komandada 266 oyun keçirib və 18 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest