Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov "Championat" nəşrinə maraqlı müsahibə verib. Matc.az xəbər verir k, o, vaxtilə çıxış etdiyi İspaniya "Betis"ində başına gələn əhvalatı xatırlayıb:

"Bir dəfə komanda ilə yeyib-içdik. Səhəri gün ispaniyalılar baş ağrısından şikayət edirdilər. Onlar deyirdilər ki, hətta içdikləri süd də onlara kömək etməyib. Bizdən bu cür necə içdiyimizi soruşdular? "Siz dəlisiniz" dedilər. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlməmişdi. Ancaq biz hələ o qədər də çox içməmişdik. Orta səviyyədı idi desəm, yalan olmaz. Yalnız VİP otaqlarda otururduq. çünki orada sadəcə, restorana gedib sakit oturmaq mümkün deyildi. İnsanlar daim yaxınlaşıb avtoqraf istəyirdilər".

Qeyd edək ki, Vəli Qasımov 1992-ci ildə mövsümün ikinci yarısında "Dinamo"da (Moskva) keçirdiyi 16 oyunda 17 qol vurub. O, Moskva klubundan İspaniyanın "Betis" komandasına keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest