“Nürnberq”dən “Sürix” klubuna keçəcəkdim. Ancaq həmin il “Qəbələ” mənə ikiqat maaş təklif etdi. Pulu və ya futbolu seçməliydim. Birinci seçdim”

Matc.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Deyv Bulthuis “voetbalprimeur.nl” saytına açıqlamasında deyib. Həmin vaxt komandada legionerlərin çox olduğuna bildirən niderlandlı “qırmızı-qaralar”da qalmağın mənası olmadığını sözlərinə əlavə edib.

Hazırda Cənubi Koreyanın “Ulsan Hunday” komandasında çıxış edən 29 yaşlı müdafiəçi orada hər şeyin yaxşı olduğunu bildirib: “Bura dünyanın ən təhlükəsiz ölkəsidir. Bizimlə yaxından maraqlanırlar. Məşqlərə çıxmazdan öncə testən keçirik. Həyat normal qaydada davam edir”

Qeyd edək ki, 2017-ci ildə "Qəbələ"yə transfer olunan Dave Bulthuis komandanın heyətində 4 oyunda çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest