Estoniya çemponatının III turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" klubu evdə "Flora"nı qəbul edib.

Ev sahibi komanda görüşdən məğlubiyyətlə ayrılıb -2:3. Novruzov oyuna start heyətdə başlayıb və sona qədər meydanda qalıb. Həmyerlimiz matçın 19-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda üç turdan sonra bir xalla 9-cu pillədədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest