Bir müddət əvvəl Türkiyənin "Beşiktaş" klubu ilə icarə müqaviləsinə xitam verəən, İngiltərə nəhəngi "Liverpul"a məxsus olan Loris Karius karyerasını vətəni Almaniyada davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçilərindən "Herta" və "Hamburq" onunla yaxından maraqlanır.
 
Bu barədə Almaiya mətbuatı məlumat yayıb. Xəbərdə "Beşiktaş"dan ayrılan qolkiperin "Liverpul"a qayıtmaq istədiyi, lakin Premyer Liqa nəhənginin onu heyətində görmək istəmədiyi diqqətə çatdırılıb. Məhz bu üzdən Almaniya klubları 27 yaşlı qapıçını heyətinə qatmaq üçün danışıqlara başlayıb. "Herta"nın bu transferdə bir addım öndə olduğu da vurğulanıb. Bunun səbəbi isə klub rəhbərliyinin "Liverpul"dakı həmkarları ilə yaxın münasibətə malik olmasıdı.
 
Qeyd edək ki, Kariusun "Liverpul"la müqaviləsi 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest