İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa görə aparılan növbəti testlərin nəticələri açıqlanıb.
 
Matc.az xəbər verir ki, 996 nəfərdən götürülən analizlərdən sonra 2 futbolçuda virus aşkarlanıb.
 
Bu barədə "Sky Sports" nəşri məlumat yayıb. Virusa yoluxan futbolçuların adları açıqlanmır və onlar müxtəlif komandaların üzvləridi.
 
Premyer Liqa klublarının üzvlərindən götürülən ilk testlərdə 6 nəfərdə virus aşkarlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest