Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşov sıradan çıxıb. Matç.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, "Proyssen"in forvardı ən azı 3 həftə komandasına kömək edə bilməyəcək.

Buna səbəb 27 yaşlı oyunçunun III Bundesliqanın ötən turunda Braunşveyq "Ayntraxt"ı ilə qarşılaşmada zədələnməsidi. Münster klubunun 3:0 hesabı ilə qalib gəldiyi görüşün ikinci hissəsində meydana daxil olan Dadaşovun əzələsində problem aşkarlanıb.

Almanlar Rüfətin zədələnməsini son iki aydakı sıx təqvimlə əlaqələndirib. Belə ki, oktyabr və noyabr aylarında klubu ilə yanaşı, Azərbaycan millisinin heyətində də iştirak etməsi onun həddən artıq yüklənməsinə yol açıb.

Həkimlər hətta Dadaşovun ili başa vurmaq ehtimalını da istisna etməyiblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest