Rusiyanın "Ural" klubunun futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, Pavel Poqrebnyakın koronavirus testi müsbət nəticələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
36 yaşlı futbolçunun yüngül simptomlar yaşadığı və həkim nəzarətində olduğu bildirilir.
 
Komandanın digər üzvlərinin nəticələri isə neqativ olub.
 
Rusiya millisinin sabiq üzvü olan Poqrebnyak cari mövsümdə keçirdiyi 12 oyunda 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest