Koronavirus pandemiyası səbəbi ilə yarımçıq dayandırılan La Liqa bərpa olunur.  Matc.az xəbər verir ki, mövsüm iyunun 12-də start götürəcək.

Məlumata görə, çempionat cümə günü "Əndəlus" derbisi - "Sevilya" – "Betis" görüşü ilə davam edəcək. Turun digər matçlarının təqvimi mayın 28-də açıqlanacaq.

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest