"Mançester Yunayted" mərkəz müdafiəçisi Maks Teylorla müqavilə müddətini uzadıb. Matc.az xəbər verir ki, rəhbərlik 20 yaşlı futbolçu ilə sözləşməni bir il daha artırıb.

Teylor mövsümün ikinci yarısını icarə əsasında aşağı liqa təmsilçisi "Stalebridc Seltik"də keçirib. Müdafiəçi 2018-ci ildə xərçəng xəstəliyinə tutulsa da, bunun öhdəsindən gələ bilib. "Mançester Yunayted" ötən il Teyloru avrokubok oyunları üçün UEFA-ya sifariş vermişdi.

Qeyd edək ki, gənc futbolçunun klubu ilə müqaviləsi 2020-ci ildə başa çatacaqdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest